|
Lavrovla BMt rəsmisi Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin humanitar yardım üzrə koordinatoru Martin Qriffitslə görüşəcək.

Cia.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

M. Zaxarova Rusiya XİN rəhbərinin BMT rəsmisi ilə oktyabrın 22-də görüşəcəyini qeyd edib.

O vurğulayıb ki, danışıqlar zamanı dünyanın bir sıra regionlarında, o cümlədən Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək.