Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Naftali Bennet arasında görüş oktyabrın 22-si Soçi şəhərində keçiriləcək.
Cia.az Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.
