Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
Cia.az-in şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.
Xaçmaz Təhsil Şöbəsindən Cia.az-ın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
