|
Putin İsrailin Baş naziri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennettlə görüşəcək.

Cia.az xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Oktyabrın 22-də Soçidə baş tutacaq görüşdə Yaxın Şərqdəki vəziyyət və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq müzakirə olunacaq.