|
Sumqayıtda iki uşaq anası özünü binadan atdı

 

 

Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.

Cia.az-ın məlumatına görə, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.

 

1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Ş. Əliyeva ailəli olub, 2 övladı var.