Rusiyanın Rostov şəhərində yerləşən Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.
Cia.az “TASS”a istinadən xəbər verir ki, sızma səbəbindən AES-in ikinci enerji bloku dayandırılıb.
Məlumata əsasən, enerji bloku təmir üçün dayandırılıb. Həmçinin qeyd olunur ki, radiasiya fonu qaydalar çərçivəsindədir.
