|
"Azərpoçt" yeni layihə həyata keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC poçt xidmətləri ilə bağlı yeni layihəyə başlayıb.

MMC-dən Cia.az-a verilən məlumata görə, belə ki, Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılması həyata keçirilir.
Bakıda göndərişlərin çatdırılması gün ərzində, bölgələrə isə 2 günə təmin olunur.

Ölkədaxili ən sürətli və ən sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt” yeni xidmət sayəsində vətəndaşların rahatlığını təmin edərək qeyd edilən ticarət mərkəzindən alınan məhsulları ( qida və tez xarab olan mallar istisna olmaqla) bir başa ünvana çatdırır.

Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar) sifarişlərə də şamil olunur.