|
Ermənistanda yol qəzası - 5 ölü, 13 yaralı

Ermənistanda ağır avtomobil qəzası baş verib.

Cia.az Ermənistanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrində “Qazel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

 

Nəticədə 5 nəfər ölüb, daha 13 nəfər isə yaralanıb.