|
Avtomobil 83 yaşlı qadını vuraraq öldürdü

 

 

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

Cia.az-ın verdiyi məlumata görə, hadisə Saatlı rayon mərkəzində qeydə alınıb.

 

“Mercedes-Benz Sprinter” markalı avtomobil yolu keçən Saatlı sakini, 1938-ci il təvəllüdlü Əzizə İsgəndərovanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.