|
Belarus Nyu-Yorkdakı Baş konsulluğunu bağladı

Belarusun Nyu-York şəhərindəki Baş konsulluğu fəaliyyətini dayandırıb.

Cia.az xəbər verir ki, Belarusun Baş naziri Roman Qolovçenko bu barədə qərar imzalayıb.

 

Sözügedən qərara əsasən, 2021-ci il oktyabrın 20-dən etibarən Belarusun Nyu-York şəhərindəki Baş konsulluğu bağlanır. 

Qeyd edək ki, Baş konsulluq daha əvvəl yaydığı məlumatda Amerika tərəfinin tələbi ilə oktyabrın 21-də öz fəaliyyətini dayandıracağını açıqlamışdı.