|
Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ
Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib. 
 
Cia.az-in məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

 
O qeyd edib ki, məlumat yalnışdır:
 
"Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər” dezinformasiya xarakterlidir”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə üzrə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin noyabrın 1-dən dayandırılacağı iddiaları yayılıb.