|
Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib

 

 

Bakıda məktəbli vəfat edib.

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbinin koronavirus olması bildirilib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cia.az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan Renat Quliyev MisC (Çox Sistemli İltihab Sindromu) xəstəliyindən vəfat edib:

“O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.