|
Talassemiyadan əziyyət çəkən uşaqlara

 

Oktyabrın 21-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası dəstəyi ilə, “Winter Park Plaza” şirkəti ilə birlikdə talassemiyadan əziyyət çəkən uşaqlar üçün “HƏYAT VER” adlı qanvermə aksiyası keçiriləcək. 

Mərkəzi Qan Bankının mətbuat xidmətindən verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar karantin müddəti ərzində bu dəhşətli xəstəlikdən əziyyət çəkən uşaqlar ciddi qan çatışmazlığı ilə üzləşiblər:

“Əfsuslar olsun ki, dünya ölkələri kimi bizim də ölkəmiz COVID-19 pandemiyası ilə üzləşib. Bu aksiyamıza qoşulmaq istəyən hər kəsdən xahiş edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış bütün qabaqlayıcı tədbirlərə riayət etməklə qaydalara əməl etsinlər. İnfeksiyanın qarşısını almaq məqsədilə aksiyanın təşkilatçılarına tərəfimizdən hər cür şərait yaradılacaq”.

 

Məkan: “Winter Park Plaza”, 6-cı mərtəbə, ofis 605.

Qan donorları üçün şəxsiyyət vəsiqəsinin olması məcburidir.

Aşağıdakı testlərin nəticələri kampaniya iştirakçıları ilə paylaşılacaq:

∙ Rh faktoru;

∙ Qan qrupu;

∙ HİV infeksiyası;

∙ Malyariya.