|
Bərdədə küçədən beş yaşlı uşaq tapıldı

Bərdə rayonunda küçədən beş yaşlı uşaq tapılıb.

Cia.az-ın məlumatına görə, uşaq rayonun Heydər Əliyev prospekti ərazisində aşkarlanıb.

Uşaq anası və atası tərəfindən döyülərək küçəyə atıldığını iddia edib.

 

Azyaşlı rayon sakinləri tərəfindən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.