|
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rənglərinə büründü

Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Cia.az xəbər verir ki, aksiya Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

 

Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.