Hörmətli oxucular!
Nəzərinizə çatdıraq ki, 20 avqust 2021-ci il tarixindən informasiya məkanına “İqtidar.az” informasiya agentliyi qoşulmuşdur. Agentliyə müstəqil Azərbaycan mətbuatının qurucularından biri , tanınmış jurnalist, “Həsənbəy Zərdabi”, “Qızıl qələm” media mükafatları laureatı Mədət Məmmədov rəhbərlik edir. Ona müstəqil Azərbaycan dövlətçiliyinə xidmət yolunda uğurlar arzulayırıq!
