|
Avstraliya səfiri Azərbaycan xalqını təbrik edib

Avstraliya səfiri Miles Armitac 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Cia.az-ın xəbərinə görə, səfir bu barədə "Twitter" hesabında paylaşım edib.

O, Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbriklər və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, Miles Armitac Avstraliyanın Türkiyədə, paralel olaraq Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiridir.