|
Britaniyalı parlamentari Azərbaycan xalqını təbrik edib

Böyük Britaniya parlamentinin üzvü Bob Blekmen 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Cia.az-ın  xəbərinə görə, B. Blekmen Azərbaycanı Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı adlandırıb.

“Bu gün Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümüdür. Azərbaycan xalqının çoxdankı dostu olaraq ən səmimi təbriklərimi çatdırıram”, - deyə parlamentari qeyd edib.