|
Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi

 

 Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. 

Cia.az-ın məlumatına görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

 

AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova Cia.az bildirib ki, üç tələbənin COVID-19 testi pozitiv çıxıb:

“Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.