|
Gürcüstan Xarici İşlər Nazirliyindən Azərbaycanla bağlı paylaşım

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Cia.az-ın xəbərinə görə, bu barədə Gürcüstan XİN-in "Twitter” hesabında paylaşım edilib.

"Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Biz Gürcüstan və Azərbaycanın möhkəm strateji tərəfdaşlığını yüksək qiymətləndiririk və xalqlarımızın xeyri üçün bunu daha da inkişaf etdirəcəyik", -deyə təbrikdə qeyd olunub.