|
Füzulidə sərnişin avtobusu yandı

Füzuli rayonunun Kərimbəyli kəndində “Daewoo” markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb.

Cia.az FHN-ə istinadən xəbər verir ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.