|
Almaniya səfiri Ağdama səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ağdama səfər edib.

Cia.az-ın xəbərinə görə, bu barədə almaniyalı diplomat “Twitter”də bildirib.

Səfər zamanı səfiri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann müşayiət edib.

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları Ağdamda aparılan yenidənqurma işləri barədə məlumatlandırıb.