“Yayılan məlumata görə, 7000-ə qədər tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini yarımçıq qoymalı olub”.
Cia.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə parlamentdə məlumat verib.
O xatırladıb ki, ölkədə Təhsil Fondu yaradılıb: “Bu fond 40 min tələbənin təhsilini ödəmək imkanına sahibdir. Təhsil Nazirliyi ilk növbədə bu 7000 tələbəni tapmalı, onların təhsil haqqının ödənilməsinə kömək etməlidir”.
