“Yaxın günlərdə Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı dinləmə keçiriləcək”.
Cia.az xəbər verir ki, bu barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O qeyd edib ki, dinləmə Səhiyyə Nazirliyinin səlahiyyətli şəxslərinin, o cümlədən Agentliyin iştirakı ilə keçirilməsi nəzərdə tutulub ki, qoyulan suallara cavab verilsin.
Ə.Əmiraslanov həmçinin qeyd edib ki, bu gün tibbi sığorta ilə bağlı şikayətləri təbii qəbul edir: “Amma gələcəkdə xidmətlər paketinə daxil olan xidmətlərin sayının artırılması da nəzərdə tutulur”.
