|
Belarusda konstitusiya referendumunun vaxtı açıqlandı

 

Belarus konstitusiyasına dəyişikliklər 2022-ci ilin fevral ayının sonlarında ümumxalq səsverməsinə çıxarılacaq.

Bunu ölkə parlamentinin yuxarı palatasının sədri Natalya Koçanova jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Onun sözlərinə görə, hazırda əsas qanunun mətni üzərində iş aparılır.

Mənbə: “RİA Novosti”