|
Düşünürəm ki, nə qədər çox çempion olsaq, bir o qədər bizə maraq artacaq”.

“Bu gün dünya pandemiyadan əziyyət çəkir. Ona görə əməkdaşlıq etmək istədiyimiz şirkətlərin sayı çox olmalıdır. Düşünürəm ki, nə qədər çox çempion olsaq, bir o qədər bizə maraq artacaq”.

Cia.az-ın xəbərinə görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O bu gün bağlanılan əməkdaşlıq müqaviləsindən sonra müəyyən fikirlər səsləndirib. K.Quliyev bildirib ki, daha çox şirkətlə əməkdaşlıq etmək onların arzusudur:

 

“Neftçi”nin büdcəsinə gəlir 40 faiz əlavə şirkətlərdən, 60 faiz SOCAR-dan gəlir. Biz istəyirik ki, gəlirlərimizi o qədər artıraq ki, bu rəqəmi bərabərləşdirək. Belə olsa, komandanın əsas sponsordan istəyi də azalar”.

Kamran Quliyev onu da bildirib ki, klubun Bakıxanov qəsəbəsində yerləşən bazasında görüləcək işlərinin icrasına tezliklə başlanılacaq.