|
Bakıda mənzildən 8 min manatlıq oğurluq edilib

Bakıda mənzildən 8 min manatlıq oğurluq edilib.

Daxilii İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılmışdır. Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülüb.