Polşanın Xarici İşlər Nazirliyi Gürcüstanın ölkədəki səfirini quruma çağırıb.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, səfirin nazirliyə dəvət edilməsində məqsəd Mixail Saakaşvilinin səhhətinə dair hazırki vəziyyəti ilə maraqlanmaq olub.
“Mixail Saakaşvilinin səhhətinin pisləşməsi səbəbindən Polşanın Xarici İşlər Nazirliyi Gürcüstan səfiri ilə müzakirələr aparıb”, - deyə Polşa XİN-in yaydığı məlumatda qeyd olunub.
Gürcüstan KİV-nin məlumatına görə, Saakaşvilinin Polşada siyasətçi dostları çoxdur.
Qeyd edək ki, son günlər oktyabrın 1-dən aclıq aksiyası keçirən Mixail Saakaşvilinin səhhətində problemlər yaranıb.
