|
İtaliyada COVID sertifikatı bu şəxslər üçün məcburi oldu

İtaliyada bu gündən etibarən həm dövlət, həm özəl sektorda çalışanlar iş yerinə daxil olmaq üçün COVID sertifikatı təqdim etməlidir.

Cia.az “TASS”a istinadən xəbər verir ki, əvvəllər COVID sertifikatının mütləqliyi təhsil müəssisələrinin personalı və universitetlərin məzunlarına şamil edilirdi. 

Bununla yanaşı, səhiyyə sahəsində fəaliyyət göstərən işçilər üçün vaksinasiya mütləqdir.

 

Bildirilir ki, sözügedən sertifikata sahib olmayan işçilərin işdən azad edilməsi və yaxud müvəqqəti olaraq işdən uzaqlaşdırılması nəzərdə tutulmur. Lakin sertifikatın olmaması səbəbindən işə gəlməyən işçilərin həmin günlərinə maaş hesablanmır.

Həmçinin sertifikatı olmadan işə buraxılan işçi və müdriyyət cərimə oluna bilir. Cərimənin məbləği isə 400 avrodan 1000 avroya qədər ola bilər. 

İtaliyada COVID sertifikatların mütləqliyi əhali arasında narazılığa səbəb olub və oktyabrın 9-u Romada etiraz aksiyası keçirilib. Ölkə rəhbərliyi bu gün də iri həcmli etiraz aksiyalarının keçiriləcəyini proqnozlaşdırır. 

Qeyd edək ki, COVID sertifikat dedikdə vətəndaşın koronavirusa qarşı peyvənd olunması, daha əvvəl koronavirusa yoluxması və yaxud mənfi test nəticəsini sübut edən sənəd nəzərdə tutulur.