|
Xocavənddə qəlpəli top və tank mərmiləri tapıldı

Polis əməkdaşları düşmənin daha bir hərbi mövqeyindən sursat aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cia.az-a verilən məlumata görə, Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Polis əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər. 

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.