|
“Razılaşmalar bölgədə son siyasi nizamlanma üçün kifayət edir”

“Qarabağla bağlı razılaşmalar bölgədə son siyasi nizamlanma üçün kifayət edir”.

Cia.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov deyib.

 

“Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmaq mümkün oldu. İndiyə qədər əldə olunan razılaşmalar Dağlıq Qarabağ ətrafında böhranın siyasi yolla nizamlanması üçün lazımi şərtlərin formalaşmasına tövhə verir”, - deyə Sidorov qeyd edib.

Onun sözlərinə görə, 2021 -ci ilin may ayından etibarən atəşkəsin vaxtaşırı pozulmasına baxmayaraq, hazırda tərəflər arasında konstruktiv dialoqun qurulması istiqamətində davamlı tendensiya müşahidə edilir.