İmişlidə avtomobil piyadanı vurub.
Cia.az-ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən İmişli şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Vahid Yengibar oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırlandan bir qədər sonra orada ölüb.
