|
Ərdoğan bu tarixdə Azərbaycana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
 
Cia.az "Report”a istinadla xəbər verir ki, səfər noyabrın 8-də Qarabağ zəfərinin birinci ildönümü çərçivəsində baş tutacaq.

 
"Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, - məlumatda bildirilib.