Məşhur italiyalı aktrisa Monika Belluçi 10 ildən sonra yenidən Türkiyəyə səfər edəcək.
Bu barədə Cia.az “Milliyet”ə istinadən xəbər verir.
Məlumata görə, o, İstanbulda yerləşən “Zorlu” mərkəzinin “Turkcell” səhnəsində teatr tamaşası ilə çıxış edəcək. Belluçi yunan əsilli opera müğənnisi Mariya Kallasın obrazını canlandıracaq. Tamaşanın rejissoru “Mariya Kallas” adlı kitabın müəllifi Tom Volfdur.
Tədbir dekabrın 14-də baş tutacaq.
