|
XİN: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.

Cia.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib.

“Biz hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün mühüm imkanlar yaranacaq”, - deyə M. Zaxarova əlavə edib.