|
Bakıda tualetdən kişi meyiti tapıldı

 

Bakıda sanitar qovşağından (tualetdən) kişi meyiti tapılıb.

Cia.az-ın məlumatına görə, hadisə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən avtomobillərin təmir sexindəki sanitar qovşağında qeydə alınıb.

 

Meyiti tapılan şəxs 1966-cı il təvəllüdlü Əbülfəz Zamanovdur. Meyitin üzərində heç bir zorakılıq əlamətləri yoxdur.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.