İspaniya məhkəməsi “Bavariya”nın futbolçusu Lukas Hernadesə 6 aylıq həbs cəzası verib.
Cia.az xəbər verir ki, buna səbəb fransalı oyunçunun 2010-cu ildə Madrid küçələrində sevgilisi Ameliya Lorente ilə dava etməsidir.
Məhkəmə ictimai narahatçılıq yaratma maddəsi ilə 2017-ci ildə onlara 31 günlük ictimai iş və 6 ay ayrı yaşamaq cəzası verib.
Buna baxmayaraq cütlük yaxın günlərdə Mayamidə birlikdə istirahətə yollanıb. Nəticədə məhkəmə onun haqqında 6 aylıq həbs cəzası seçib
