|
“Taliban” nümayəndələri Rusiyaya da səfər edəcək

““Taliban” hərəkatının nümayəndə heyəti gələn həftə Moskvaya səfər edəcək”.

Cia.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün Sankt-Peterburq şəhərində keçirilən birifinq zamanı deyib.

 

““Taliban” hərəkatının nümayəndə heyətinin Əfqanıstanla bağlı məsləhətləşmələr üzrə “Moskva formatı”nın üçüncü iclasında iştirak etmək üçün Moskvaya səfəri gözlənilir”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, “Taliban” hərəkatının nümayəndə heyəti bu gün Ankaraya rəsmi səfər edib.