|
Əlil döyüşçülərə dövlət qayğısı genişlənir

 

Hər bir dövlət  və cəmiyyət üçün müharibədə iştirak edən şəxslərin  müharibədən sonrakı  mövcud durumu , sosial- psixoloji vəziyyəti önəmlidir. Ölkəmizdə  son 30 ildə olduğu kimi,  vətən müharibəsindən sonra da  Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda əzalarını qurban vermiş, yaşamlarına fiziki qüsurla davam edən qazilərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən qazilərimiz və Vətən müharibəsi iştirakçıları üçün lazımi şərait yaradılır. Prezidentimizin müharibə əlillərinə mərhəməti , qayğısı qazilərimizə  sevinc bəxş etməklə yanaşı, təqdirəlayiqhal kimi qiymətləndirilir.  Əlil  qazilərimizə qayğı dövlət siyasətinin əsas prioritetidir. Qazilərə göstərilən qayğı nümunəvi xarakter daşıyır.  

Hər bir insan sağlam yaşamaq istəyir, lakin bu təbii istəkdən ömürlük məhrum edilən, fiziki imkanları məhdud olan qazilərimizin amputant futbol klubu öz istedad və bacarıqlarını nümayiş etdirməsi üçün meydandır.

 Fiziki qüsurlarına baxmayaraq, bacarıqlarına arxalananlar əsl idmançı kimi yaşayır, ölkədaxilində və xaricdə keçirilən yarışlarda ölkəmizi qürurla təmsil edirlər. Çünki onlar qalib ölkənin qürurlu vətəndaşları, düşməni diz çökdürən qəhrəman türk oğullarıdır.

Qarabağ- Əlil Döyüşçülər  federasiyanın yaranması da qazilərə göstərilən qayğının , diqqətin bariz nümunəsidir. Sağlamlıqlarını torpaq uğrunda itirən əlil və qazilərimiz üçün amputant futbol klubu bir növ reablitasiya xarakteri daşıyır.

Ötən il yaranan “Qarabağ  qaziləri” amputant futbol klubunun təşəbbüskarı   Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar  birliyinin təsisçisi, Qarabağ qazisi  Rövşən Akif oğlu Quliyevdir. Qeyrətli Vətən oğlu  Rövşən  müəllim  Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təsisçisi və  prezidentidir.

Müharibədə vətəni fiziki gücü, iradəsi , torpağa, vətənə olan sevgisi ilə müdafiə edən Rövşən Quliyev müharibədən sonra da öz fəaliyyətini vətənə , vətəndaşlara olan məhrəm, ilıq hissləri, sevgisi ilə davam etdirir. Heç bir təmənna, maddi maraq güdmədən, müharibədə yaralanmış, fiziki və psixi travma almış qazilər üçün futbol klubu təsis edir. Qarabağ- Əlil Döyüşçülər  Futbol Federasiyası İctimai Birliyi adından da bəlli olduğu kimi, Qarabağ, Vətən uğrunda döyüşmüş , sağlamlıqlarını Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda fəda etmiş qəhrəman oğullarımızdan ibarətdir. Qazilərimizdən ibarət olan bu idman  (QƏDFF)  futbol federasiyası  27.12.2018- cil il tarixdə 1118-G65-3652 saylı qeydiyyat  nömrəsi ilə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Federasiyanın tərkibində 7 klub  və yığma milli Komanda fəaliyyət göstərir.  Bakı- Nərimanov , Abşeron, Gəncə, Balakən , Kəpəz, Tovuz, Qazax və “ Qarabağ” yığma milli komandası . Ümumilikdə futbol federasiyasının oyunçuları və idarə heyyəti daxil olmaqla , hal-hazırda 72 üzvdən ibarətdir.  Qeyd: bir ayağını itirmiş şəxslər oyunçu, bir qolunu itirmiş şəxslər qapıçı kimi federasiyada fəaliyyət göstərir.

Rövşən Quliyevin klubu yaratmaqda əsas məqsədi  müharibədə əlil olmuş qazilərin  cəmiyyətə inteqrasiyasının təmin olunması, Qarabağ həqiqətlərinin  Əlil olmuş qazilərin simasında dünya arenasında nümayiş olunmasıdır.Federasiya qısa müddətdi fəaliyyətə başlasa da,  artıq bir çox uğurlara imza atıb. Beynəlxalq Yoldaşlıq  yarışlarında iştirak edən Milli Komandamız üçrəngli bayrağımızı xarici ölkələrdə dalğalandırmış, tək ayaqları üstündə Azərbaycan himninin sədaları altında Vətən sevgisini  nümayiş etdirməyi bacarmış, uğurlu nəticələrlə Azərbaycanımıza dönmüşlər.  Nəzərinizə çatdırım ki, federasiya  Avropa Dünya futbol assosiasiyasının üzvü seçilmişdir. Hətta Avropa futbol Federasiyasının prezident seçkisində səsvermə hüququ qazanmışdır.

 Əlil vətəndaşlara qayğının gücləndirilməsi siyasətinə uyğun olaraq,  Rövşən Quliyev  yaxın gələcəkdə  Amputant  Futbol Akademiyasının açılması  və hər yaş qrupunda qüsurlu uşaq və yeniyetmələrin  futbola cəlb olunması və onların tərkibində Milli Komandanın yaradılmasını,  Bakıda və bölgələrdə Avropa Amputant Futbol standartlarına uyğun olaraq Futbol Stadion , Reablitasiya mərkəzlərinin tikilməsinə  nail olmaq, müxtəlif vəziyyətdə əlil olmuş şəxsləri cəlb etmək, uşaqlar və gənclər üçün Amputant futbol düşərgələrinin yaradılmasını planlaşdırır.

Fiziki qüsurlu insanlara şərait yaratmaq üçün ilk öncə onların psixologiyasına bələd olmaq lazımdır. Onların dünyasını tanımadan onlara kömək etmək çox çətindir. Rövşən Quliyev fiziki qüsurlu qazilərimizin, vətəndaşların  cəmiyyətdən kənarda qalmaması üçün var gücü ilə səy göstərir.

Elida Muxayeva

Cia.az