|
Sabahın havası açıqlandı

Azərbaycanda oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Cia.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində  az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

 

Atmosfer təzyiqi  760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz: oktyabrın 14-də  Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında: əsasən yağmursuz. Səhər bəzi  yerlərdə duman olacaq. Mülayim  qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°  isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz  7-12° isti olacaq.