|
“Onlara əsgərlik üçün möhlət hüququ verilməlidir” –

Son illər ali məktəblərlə yanaşı kolleclərə üz tutanlar da çoxluq təşkil edir. Qızlar üstünlük təşkil etsə də, kolleclərdə oğlan tələbələri də az deyil.

Oğlanların kolleclərə az üstünlük verməsinin ən əsas səbəblərindən biri də kollecdə oxuduğu bir vaxtda əsgərlik yaşı çatarsa, dərhal xidmətə aparılmasıdır. Onlara möhlət hüququ verilmir. Bu zaman da onların təhsili yarımçıq qalır. Çoxusu da əsgərlikdən sonra heç yerdə qalan təhsilini davan etdirmir. Bu hal cəmiyyətdə narazlıqlara səbəb olur.

Maraqlıdır, universitetdə oxuyan tələbələrə möhlət hüququ verilirsə, kolleclərdə niyə verilmir? Əgər kolleci bitirən tələbə subbakalavr kimi universitetə qəbul ola bilərsə, möhlət hüququnun verilməməsi nə dərəcə doğrudur?

Təhsil eksperti Ramal Şəmşədli Cia.az-a açıqlamasında deyib ki, Təhsil Nazirliyi bu gün oğlan tələbələrin xanımlardan az olduğunu desə də ona uyğun hərəkət etmir:

“Ümumiyyətlə kolleci bitirib, universitetə gedənlər müəyyən problemlərlə üzləşirlər. Bu yaxınlar da Təhsil Nazirliyimiz açıqlamasında xanım tələbələrin kişi tələbələrdən çox olmağının problem yaratdığını deyib. Bu problem olsa da ona uyğun hərəkət edilmir”.

Ekspertin sözlərinə görə, əsgərlik yaşı çatan kollec tələbələrinə möhlət hüququ verilməlidir: “Kollecə qəbul olan oğlanların əsgərlik vaxtı çatırsa, onu aparırlar. Möhlət hüququ verilmir. Əgər qanunda dəyişiklik etmək, oğlanların çox olmasını istəyiriksə, bu məsələləri nəzərə almalıyıq.

Kollecdən əgər birbaşa universitetə gedilirsə, onda oğlan uşaqlarına niyə əsgərlik üçün möhlət hüququ verilmir. Əgər bu tələbə kollecə düşübsə, o zaman təhsili yarımçıq qalır. Ona görə də kollec üçün də möhlət hüququ verilməlidir. Əgər oğlanların daha çox olmağını istəyiriksə, bu şanslar yaradılmalıdır”.