“12-15 yaşlı uşaqların vaksinasiyadan keçməsi ilə bağlı artıq müraciət olub”.
Bunu Cia.az-a səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, artıq vaksin vurduran yeniyetmələr var: “Vaksin vurduran uşaqlarda heç bir yan təsir olmayıb, təsiri çox yaxşıdır”
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.
