Rusiya Kommunist Partiyasının üzvü Leonid Kalaşnikov yenidən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri seçilib.
Cia.az-ın verdiyi məlumata görə, VIII çağırış Dövlət Dumasının bu gün keçirilən birinci plenar iclasında Rusiya parlamentinin aşağı palatasının komitə sədrləri məlum olub.
VII çağırış Dövlət Dumasında MDB komitəsinə rəhbərlik edən Leonid Kalaşnikov növbəti müddətə bu komitəyə sədr seçilib.
