|
ABŞ-ın tanınmış “Smash Mouth” rok qrupunun lideri Stiv Harvell konsertinə içkili vəziyyətdə çıxıb

ABŞ-ın tanınmış “Smash Mouth” rok qrupunun lideri Stiv Harvell konsertinə içkili vəziyyətdə çıxıb, fanatını ailəsini öldürücəyi ilə hədələyib.

Cia.az xəbər verir ki, qalmaqallı çıxışın videosunu @doesthisfeelgood adlı tik-tok istifadəçisi paylaşıb.

 

Harvell pivəsini əlindən salıb və azarkeşlərinin ünvanına qeyri-etik ifadələr işlədib, bir qədər sonra isə digər fanatını ailəsini öldürəcəyi ilə hədələyib.

“New York Post”un xəbərinə görə, “Smash Mouth”un konserti Nyu-York ştatının Betel şəhərində pivə festivalında keçirilib.