ezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs. Nə vaxta kimi Prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?!”
Cia.az xəbər verir ki, bunu deputat Tahir Kərimli noyabrda parlamentdə keçiriləcək büdcə müzakirələrindən danışarkən deyib.
Onun sözlərinə görə, hökumət üzvləri qaldırılan məsələlərin əksini edir: “Təklif edirəm ki, uşaqpulu verilsin, əksinə çıxırlar. Deyirik ki, benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar. Tarif Şurası yaradıb, onun arxasında gizlənirsiniz. Nə deyirik, tərsinə edirsiniz. Onsuz da biz deyəni etmirsiniz, bizi saymırsınız! Bir dənə istehsal sahələri qurmursunuz. Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən atışaq, 1 çaynik çay içək!”.
