|
Kitabın qiymətinin baha olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır

“Ölkədə kitaba marağın artırılması çox vacibdir”.

Cia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu yaxınlarda Bakıda iki kitab sərgisi keçirilib: “Kitabın qiymətinin baha olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təkliflərini hazırlayıb, hökumətə təqdim edib. Ümumiyyətlə, bizdə bəzi kitabların qadağası mövcuddur, bu qadağa da götürülməlidir. Onsuz da bir çox kitabın elektron versiyası var”.