Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Cia.az xəbər verir ki, yığmamız səfərdə Serbiya millisinin qonağı olacaq.
Keçirdiyi 6 oyundan sonra cəmi bir xal qazanan Canni de Byazinin yetirmələri qrup lideri ilə matçda möcüzəyə ümid edəcək.
Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, VIII tur
12 oktyabr
22:45. Serbiya – Azərbaycan
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, “Rayko Mitiç” stadionu
