|
General Mövlam Şıxəliyev ev dustaqlığına çıxmaq istəyir (Yenilənib)

Nahar fasiləsinə qədər davam edən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən bir Mövlam Şixəliyev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

General Mövlam Şixəliyevin vəkilləri vəsatətlər verərək müdafiə etdiyi şəxslə bağlı cinayət işinə xitam verilməsini istəyiblər.

Vəkillər bu vəsatət təmin olunmayacağı halda Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılmasını istəyiblər.

Zərərçəkmişlər məhkəməyə mülki iddialar təqdim ediblər.