"Sabah Moskvada Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasında keçiriləcək görüş zamanı Qarabağ məsələsi ilə bağlı əldə edilmiş üçtərəfli razılaşmaların icrası müzakirə olunacaq".
Cia.az report-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, oktyabrın 12-də Rusiyaya işgüzar səfərə gələcək Baş nazir Nikol Paşinyan Moskvada Prezident Vladimir Putinlə görüşəcək: "Tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsini, regionda sabitliyin gücləndirilməsi, iqtisadi əlaqələrin bərpası və inkişaf məsələlərini müzakirə edəcəklər. Həmçinin müttəfiqlik münasibətlərinin gündəliyi, inteqrasiya birliklərindəki qarşılıqlı əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq”.
