Çinin şimalındakı Xebey əyalətində içərisində 51 nəfər olan avtobus çaya düşüb.
Cia.az Çin mərkəzi televiziyasına istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 12 nəfər isə itkin düşmüş hesab olunur. Xilasedicilər 37 nəfəri sudan sağ çıxara bilib.
Qəza bu gün yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 3:00) baş verib. Jingye kompaniyasının fəhlələrini aparan avtobus hələlik məlum olmayan səbəbdən çayın üzərindəki körpüdən aşıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Avtobusun sürücüsü saxlanılıb.
